Sentyabr 2024-cü il Azərbaycan sakinlərinə möhtəşəm bir astronomik hadisə – “ε-Perseid” meteor yağışı gətirəcək. Bu illik hadisə, Yer planetinin komet və asteroidlərlə toqquşması nəticəsində yaranan meteor axınları səbəbindən baş verir. Bu il meteor yağışı 5-dən 21 sentyabr tarixləri arasında baş verəcək və ən yüksək aktivlik 8-dən 9-na keçən gecədə gözlənilir.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məlumatına görə, meteorlar 19:30-dan 05:45-ə qədər görünəcək, ən intensiv saat isə səhər 05:00 olacaq. Bu zaman hər saatda 10 meteora qədər görmək mümkün olacaq. Meteorları izləmək üçün ən yaxşı yer şərq üfüqüdür, burada meteorlar “düşən ulduzlar” kimi görünəcək.
Belə hadisələr yalnız vizual olaraq cəlbedici deyil, həm də bizə kainatda baş verən mürəkkəb və gözəl proseslər haqqında düşünməyə imkan verir.