İlon Mask və Donald Tramp arasında “X” platformasında aparılan söhbət zamanı siyasət və beynəlxalq münasibətlərə dair mühüm məsələlər müzakirə olunub. Mask, müsahibədən əvvəl platformaya DDoS hücumu edildiyini və bunun müsahibənin keçirilməsində gecikməyə səbəb olduğunu vurğulayıb.
Tramp Pensilvaniyada ona qarşı sui-qəsd cəhdindən danışaraq bunu “möcüzə” adlandırıb və Allaha inandığını bildirib. O, Rusiya, Çin və Şimali Koreya liderləri ilə yaxşı münasibətlərdən bəhs edərək, onların ölkələrini müdafiə edən güclü və ağıllı liderlər olduqlarını qeyd edib. Tramp həmçinin nüvə müharibəsi təhlükəsindən bəhs edərək, bunun iqlim dəyişikliyindən daha böyük bir problem olduğunu vurğulayıb.
Eks-prezident Ukraynadakı müharibənin onun hakimiyyətdə qalması halında baş verməyəcəyinə inandığını ifadə edərək Bayden administrasiyasını NATO və Rusiyaya yanaşmalarına görə tənqid edib. Tramp demokratların Baydeni yarışdan “çıxardığını” və onu “siyasi məhvə” məruz qoyduğunu iddia edib. İlon Mask həmçinin Avropa Komissiyası tərəfindən Tрамп ilə müsahibəni senzura etməyə çağırıldığı üçün tənqid edilib, belə ki, bu, “zərərli məzmunun” yayılmasının qarşısını almağa yönəlib.