Atletiko Madrid Connor Gallagher’i 42 milyon avroya transfer etdi

2024-cü ilin 22 avqustunda İspaniyanın “Atletiko Madrid” klubu, İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Connor Gallagher’i rəsmi olaraq transfer etdiyini elan etdi. Transfer 42 milyon avroya başa gəldi və yeni müqavilə 2029-cu ilə qədər davam edəcək.

24 yaşlı Gallagher, “Çelsi”də 95 oyunda iştirak edib və 10 qol vurub. Bu transfer, “Atletiko”nun heyətini gücləndirmək məqsədi ilə aparılan mühüm bir addımdır və komandanın həm daxili çempionatda, həm də Avropa turnirlərində uğur qazanmasına kömək edəcəyi gözlənilir.

Gallagher-in komandaya tez uyğunlaşacağı və Diego Simeone-nin komandasının əsas figurlarından biri olacağı proqnozlaşdırılır.