Azərbaycan və Lüksemburq gənclər yığmaları arasındakı oyunu qadın hakim idarə edəcək

Avropa çempionatının U21 seçmə mərhələsində Azərbaycan və Lüksemburq yığmaları arasında keçiriləcək oyunun baş hakimi İsveçrəli qadın hakim Dezire Grundbaker olacaq. Oyun 6 sentyabr tarixində Lüksemburqdakı “Emil Mayriş” stadionunda baş tutacaq. Ona kömək edəcək hakimlər isə Matias Sbrissa və Qiyom Mer olacaq.