Bu gün Azərbaycanın qadın basketbol 3×3 milli komandası Avstriyanın Vyana şəhərində keçirilən Avropa Kubokunda mübarizəyə başlayacaq. Baş məşqçi Ratomir Deliçin rəhbərliyi ilə komanda əvvəlcə İspaniya, sonra isə turnirin ev sahibi Avstriya ilə qarşılaşacaq. Oyunlar Bakı vaxtı ilə saat 15:40 və 19:15-də keçiriləcək. Qrupdan çıxmaq üçün ilk iki yer tutmaq lazımdır. Sabah isə Azərbaycanın kişi milli komandası Avstriya və Niderlandla qarşılaşacaq.