Paris 2024 Paralimpiya Oyunlarında Azərbaycan yığması medal sıralamasında 22-ci yerə yüksəlib. Qızıl medalları İmaməddin Xəlilov, Lamiyə Vəliyeva və Səid Nəcəfzadə qazanıb, gümüş medal Raman Salehə, bürünc isə Sabir Zeynalova qismət olub. Yarışlar 8 sentyabr tarixinə qədər davam edəcək.