Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Küləyə Qalib Gəl” marafonunda qadınlar arasında Nataliya Semenoviç (Ukrayna), kişilər arasında isə Əhməd Alkanoğlu (Türkiyə) birinci yeri tutdular. Marafonda müxtəlif ölkələrdən iştirakçılar mübarizə apardı və qaliblər üçün mükafat fondu 1000-dən 3000 manatadək idi.