“CIES Football Observatory”nin məlumatına görə, London “Çelsi” dünyanın ən bahalı heyətinə sahib klub seçilib. Komandanın oyunçularının ümumi dəyəri 1,28 milyard avro olaraq qiymətləndirilib. İkinci yeri 1,04 milyard avro ilə “Mançester Yunayted”, üçüncü yeri isə 1,017 milyard avro ilə “Mançester Siti” tutur. İlk beşliyə həmçinin “Arsenal” və “Tottenhem” daxildir.