“Fənərbağça” Sofyan Amrabat üçün təklif edir

Türkiyə klubu “Fənərbağça”, “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabat üçün 12 milyon avro təklif edib. Ötən mövsüm “Mançester Yunayted”də icarə əsasında çıxış edən Mərakeşli futbolçu, orta xətti idarəetmə bacarıqları ilə Türkiyə komandasının diqqətini çəkib. Amrabatın “Fiorentina” ilə müqaviləsi 2025-ci ilə qədər qüvvədə olsa da, İtaliya klubunun rəhbərliyi bu təklifi nəzərdən keçirə bilər, çünki oyunçu icarə müddəti başa çatdıqdan sonra yenidən komandaya qoşulub.