Mərakeşli yarımmüdafiəçi Hakim Ziyeş “Qalatasaray” ilə müqaviləsini ləğv etmək istədiyini bildirib və artıq Türkiyəni tərk edib. Buna səbəb Avropa və Asiyanın digər klublarından maraq göstərilməsi olub. Xüsusilə, Ziyeşin Yunanıstanın “Olimpiakos” klubu ilə danışıqlara başladığı və ona illik üç milyon avro maaşla üç illik müqavilə təklif olunduğu bildirilir.