Kilian Mbappe PSJ-yə son şans verir

Fransalı hücumçu Kilian Mbappe, başqa kluba keçid variantlarını nəzərdən keçirməzdən əvvəl Paris Sen-Jermenə son şans vermək qərarına gəlib. Mbappe, 11 sentyabr tarixində klub rəhbərliyi ilə görüşərək maliyyə tələblərini, o cümlədən 55 milyon avro borcun qaytarılmasını müzakirə etməyi planlaşdırır. Bu tələblər yerinə yetirilmədiyi halda, Mbappe karyerasını başqa bir Avropa klubunda davam etdirmək imkanlarını dəyərləndirir.