Münhen “Bavariya”sında göstərdiyi çıxışlarla məşhurlaşan fransalı cinah oyunçusu Kingsli Koman klubu tərk edə bilər. 28 yaşlı futbolçu, “Barselona”, “Mançester Siti”, “Pari Sen-Jermen” və Türkiyənin “Fənərbağça” kimi bir sıra aparıcı Avropa komandalarının diqqətini çəkib. Hal-hazırda Komanın Bundesliga oyunlarında iştirak etməməsi onun mümkün transferi ilə bağlı şayiələri daha da artırır.