“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi Instagram-da “Fənərbağça”ya qarşı təhqiredici bir paylaşım edib. O, “İtlər hürəndə, aslan sakitcə hakimiyyət sürür” ifadəsi ilə öz üstünlüyünü vurğulayıb. Bu paylaşım “Fənərbağça” azarkeşləri arasında böyük əks-səda doğurub və klublar arasında onsuz da gərgin olan futbol rəqabətini daha da artırıb.