Şakil O’Nil sözləri səbəbindən 20 milyon dollar itirdi

Dördqat NBA çempionu Şakil O’Nil, Yer kürəsinin düz olduğuna dair bəyanatından sonra 20 milyon dollar itirdiyini açıqlayıb. O’Nil, bu açıqlamasından sonra təxminən 500 min mənfi rəy aldığını və böyük bir müqaviləni itirdiyini bildirdi. O, bu hadisədən sonra sözlərində daha ehtiyatlı olmağa başladığını da etiraf edib.