Türkiyə klubu “Qalatasaray” Braziliyalı yarımmüdafiəçi Kazemironu “Mançester Yunayted”dən bir illik icarəyə götürməyi planlaşdırır. Lakin transfer Kazemironun maliyyə tələblərinə görə gecikir, o, illik icarə üçün 3 milyon avro maaş tələb edib. Keçən mövsümdə Kazemiro “Mançester Yunayted” forması ilə 32 oyunda 5 qol vurub və 3 assist edib.