“Qarabağ” 2024 Avropa Liqasının qrup mərhələsində iştirak üçün rəsmi heyətini açıqlayaraq 24 oyunçunu siyahıya daxil edib. Heyətdə qapıçılar Fabian Buntiç və Mateuş Koxalski, hücumçular Emanuel Adday və Musa Qurbanlı kimi oyunçular yer alıb. “Qarabağ”ın ilk oyunu 26 sentyabrda “Tottenhem”ə qarşı keçiriləcək.