“Qarabağ”ın Çempionlar Liqasında “Dinamo Zaqreb”ə 0:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Azərbaycanın UEFA əmsallar cədvəlindəki mövqeyi dəyişməz qalıb. Hazırda ölkə 18.875 xalla 26-cı yerdə qərarlaşıb, Kiprdən geri qalaraq Bolqarıstanı qabaqlayır. Bu xallara “Zirə”, “Qarabağ”, “Sabah” və “Sumqayıt” klubları töhfə verib.