La Liqanın üçüncü turunda “Real Madrid” “Las Palmas” üzərində qələbə qazana bilmədi. “Qran Kanariya” stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatdı. Beşinci dəqiqədə “Las Palmas” Alberto Moleironun qolu ilə hesabı açdı. Lakin “Real” 69-cu dəqiqədə Vinisius Juniorun dəqiq zərbəsi ilə oyunu bərabərləşdirdi. Bu oyundan sonra “Real Madrid” dördüncü yerdə qərarlaşıb və lider “Barselona”dan geri qalır.