Kriştianu Ronaldo karyerası ərzində 900 qol vuran ilk futbolçu olaraq tarixə düşdü. Bu uğura o, UEFA Millətlər Liqasında Xorvatiyaya qarşı oyunda komandasının ikinci qolunu vuraraq nail oldu. Ronaldo “Real Madrid”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq”, “Al-Nasr” və Portuqaliya milli komandasında çıxış edib.