Səudiyyə Ərəbistanı klubu “Al-Nasr”da çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldu, komandanın baş məşqçisi vəzifəsinə Zinəddin Zidanın dəvət edilməsini təklif edib. Ronaldu, “Real”da uğurlu əməkdaşlıq etdiyi Zidanın rəhbərliyi altında klubun yüksək nəticələr əldə edə biləcəyinə inanır. Son zamanlarda “Al-Nasr” mövsümə uğursuz başladıqdan sonra əvvəlki baş məşqçini vəzifəsindən azad edib.