Serxio Ramos Səudiyyə Ərəbistanının “Al-Oruba” klubuna keçir

Əfsanəvi ispaniyalı müdafiəçi Serxio Ramos, Səudiyyə Ərəbistanının “Al-Oruba” futbol klubuna keçidə razılıq verib. Avropada uzun illər ən yüksək səviyyədə çıxış edən Ramos, indi Yaxın Şərqdə özünü sınamağa qərar verib. “Al-Oruba” klubu yaxınlarda Səudiyyə Ərəbistanının yüksək liqasına yüksəlib, lakin mövsümün ilk iki oyununda artıq məğlubiyyətlə üzləşib.