Polşalı hakimlər Slovakiya – Azərbaycan matçını idarə edəcək

8 sentyabr 2024-cü ildə Košice şəhərində keçiriləcək Millətlər Liqası qarşılaşmasında Slovakiya və Azərbaycan milli komandalarının oyununu Polşadan olan hakimlər idarə edəcək. Baş hakim Damian Sylwestrzak olacaq, ona köməkçilər Pavel Sokolnicki və Adam Karaseviç, dördüncü hakim isə Martsin Kosyanek olacaq.