Bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən gənclər arasında dünya güləş çempionatında üç gənc Azərbaycan güləşçisi debüt edəcək. Ruslan Nurullayev (72 kq) və Mikayıl İsmayılov (97 kq) təsnifat mərhələlərində mübarizə aparacaq, İsmayıl Rzayev (82 kq) isə 1/8 finaldan etibarən yarışa başlayacaq. Çempionat 8 sentyabr tarixinə qədər davam edəcək və Azərbaycan yığması 25 idmançı ilə təmsil olunur.