Pərviz Nəsibov: “Mən Ukraynanı təmsil edirəm, amma həmişə Azərbaycanın oğlu olaraq qalacağam”

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi Pərviz Nəsibov, Parisdə keçirilən 2024 Olimpiya Oyunlarında yunan-Roma güləşində gümüş medal qazandı. Final qarşılaşmasında o, İranlı güləşçi Səid Esmaili ilə mübarizə apardı və qarşılaşmanı 5:5 hesabı ilə tamamladı, lakin kriteriyalara əsasən qələbə rəqibinə verildi. Matçdan sonra Nəsibov öz azərbaycanlı kökləri ilə fəxr etdiyini vurğuladı və Ukraynanı təmsil etməsinə baxmayaraq, həmişə Azərbaycanın oğlu olaraq qalacağını qeyd etdi.