Dünyanın ən böyük qazlı içki istehsalçılarından biri olan Coca-Cola şirkəti, ABŞ-da vergidən yayınma ittihamlarına görə rekord məbləğdə cərimə oluna bilər. Amerika Vergi Xidməti, şirkətin xarici filiallarından əldə etdiyi gəlirləri gizlətmək üçün 10 ildən artıq müddətdə lazımi vergiləri ödəmədiyini iddia edir. Məhkəmə qərarına əsasən, cərimənin və faizlərin ümumi məbləği 6 milyard dollara çata bilər.
Coca-Cola, vergi xidmətinin transfer qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı qanunvericiliyi səhv şərh etdiyini iddia edir və bu qərarı məhkəmədə mübahisələndirməyi planlaşdırır.